...

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi çəyirtkələrə qarşı mübarizə aparmaq üçün fövqəladə vəziyyət elan edib

Cəmiyyət Materials 9 İyul 2010 13:02 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərakeş və Asiya çəyirtkələrinə qarşı mübarizə aparmaq üçün fövqəladə vəziyyət elan edib.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi çəyirtkələrə qarşı mübarizə aparmaq üçün fövqəladə vəziyyət elan edib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərakeş və Asiya çəyirtkələrinə qarşı mübarizə aparmaq üçün fövqəladə vəziyyət elan edib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, son günlər ziyanvericilərdən olan Mərakeş və Asiya çəyirtkə sürüləri havadan görünən yeganə yaşıllıq ərazisi olan Ələt-Hacıqabul magistral avtomobil yolunun Nəvahi-Hacıqabul hissəsinin sağ və sol tərəflərində 20-25 hektar ərazidəki bir neçə növ ağac və kol cinslərinin yarpaqlarını yeyərək, onları tamamilə çılpaq vəziyyətə salıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ziyanvericilərlə Mübarizə İdarəsi, Fövqəladə Hallar Mərkəzi və yerli qurumlar tərəfindən tədbirlər (dərmanlama, gübrələmə, əlavə becərmə və suvarma işləri) görülməsinə baxmayaraq, vəziyyətdən hələ də çıxmaq mümkün olmayıb və Meşələrin İnkişafı Departamenti bu səbəbdən fövqəladə hal vəziyyətinə keçib.

Məlumatda bildirilir ki, mütəxəssislərin rəyinə görə, bu ağac və kolların öz yarpaq örtüyünü bərpa edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti