...

Azərbaycan ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə imtahanların nəticələri açıqlanıb

Cəmiyyət Materials 13 İyul 2010 19:01 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrinə 2010/2011-ci tədris ili üçün I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
Azərbaycan ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə imtahanların nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın ali təhsil müəssisələrinə 2010/2011-ci tədris ili üçün I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat veriblər.

Test imtahanının nəticəsinə əsasən, 9895 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. Ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər və ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər.

I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

Azərbaycanın ali təhsil müəssisələrinə 2010/2011-ci tədris ili üçün I ixtisas qrupu üzrə imtahanlar iyulun 11-də keçirilib. I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35 769 abituriyent ərizəsini təsdiq etdirib. Onlardan 34 655 nəfəri imtahanda iştirak edib.

Xəbər lenti

Xəbər lenti