...

Azərbaycanda yaxın üç gün ərzində havalar isti keçəcək - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 26 İyul 2010 12:44 (UTC +04:00)
Azərbaycanda yaxın üç gün ərzində havalar isti keçəcək.
Azərbaycanda yaxın üç gün ərzində havalar isti keçəcək - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yaxın üç gün ərzində havalar isti keçəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat veriblər.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə müsbət 26-28 dərəcə, gündüz 36-39 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun hərarəti  29-30 dərəcə olacaq.

İyulun 28-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə olacaq.

İyulun 29-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 36-39 dərəcə olacaq.

İyulun 27-də Azərbaycanın rayonlarında hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 14-18 dərəcə, gündüz 26-31 dərəcə təşkil edəcək.

28-29 iyulda hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

ETSN-dən bildiriblər ki, yaxın 3 gündə Abşeron yarımadasında güclü isti hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəliyi olan insanlar üşün risklidir.

Xəbər lenti

Xəbər lenti