...

Azərbaycanın yeni jurnalistikası təmin olunmuş peşəkarların yüksək intellektual məkanıdır – Prezident Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Cəmiyyət Materials 27 İyul 2010 17:41 (UTC +04:00)
Trend-in Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi
Azərbaycanın yeni jurnalistikası təmin olunmuş peşəkarların yüksək intellektual məkanıdır – Prezident Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir S.Ağayeva/

Trend-in Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi

- Azərbaycan mətbuatı 135 illiyini qeyd etdi. Siz yerli KİV-in indiki vəziyyətini necə qiymətləndirirsiniz və Sizə onların gələcəyi necə görünür?

- Milli KİV inkişafının mühüm və məsuliyyətli dövrünü yaşayır. Tez ötüb keçən texnologiyaların dəyişikliyi şəraitində zamanla ayaqlaşmaq çox çətindir. Lakin bunsuz Azərbaycanda gedən proseslərin bir hissəsi olmaq mümkün deyil. KİV bu intensiv transformasiyalara nə qədər tez çata bilsə, bir o qədər də onların fəaliyyətinin effektivliyi barədə inamla danışmaq mümkün olacaq.

Sözsüz ki, media bütün digər sahələr kimi, ictimaiyyətin təfəkküründə, maraqlarında və insanların üstünlük vermələrində dəyişikliyə məruz qalır. Azərbaycan mətbuatının 135 illiyinin qeyd edilməsinə baxmayaraq, on il bundan əvvəlki mətbuatla bizim indiki mətbuatımız arasında fərq kifayət qədər böyükdür. Böyük yol qət edilib. Əgər on il bundan əvvəl Azərbaycanda əsasən qəzetlər oxunurdusa, indi internet yeni rəqabətli informasiya məkanıdır. Məsələn, tibb məsələlərinə həsr edilən internet-qəzet, intenet-radiolar yaranır. Buna uyğun olaraq, hazırda sosial şəbəkələrdə qəzeti internet-səhifəsiz, aktiv diskussiyalarsız təsəvvür etmək 20 il bundan əvvələ dönmək deməkdir. Digər tərəfdən, sosial şəbəkələrin özü informasiya kanallarının və informasiya mənbələrinin yerini tutur. İnformasiya dalınca qaçmaq gündən-günə çətinləşir. Həcm o qədər böyükdür ki, hətta on xəbəri oxuduqda belə, adama elə gəlir ki, hər şey əhatə olunmayıb.

Kütləvi medianın belə qlobal həddində milli informasiya məkanı formalaşır. Milli KİV-in inkişaf dinamikası tədricən güc yığır, jurnalistlər təkmilləşir, qələm itiləşir, lakin bununla yanaşı, ictimai maraqlar da dəyişir.

Vacib olan odur ki, yeni inkişaf səviyyəsinə çıxmaq sadəcə qaçılmaz olduğu zaman milli kütləvi media bu hüdudu keçə bildi. Lakin bu yalnız başlanğıcdır. İrəlidə artıq ictimaiyyətin keyfiyyətli təhlil, maraqlı və aktual materiallar, cəlbedici müsahibələr kimi tələb edə biləcəyi çox şey var. Belə münasibətin birmənalı şəkildə yalnız xeyri olacaq. KİV də Azərbaycan cəmiyyətinin hazırda inkişaf etdiyi kimi böyüyəcək. Prezidentin öz nitqində dəfələrlə qeyd etdiyi kimi, siyasət və iqtisadiyyat paralel şəkildə inkişaf edəndə, kütləvi media bu inkişafla ayaqlaşmağa borcludur.

- Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən KİV-in fəaliyyəti ilə bağlı sərəncamlar, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına beş milyon manatın ayrılması ilə bağlı sərəncam imzalanıb. Sizin fikrinizcə, dövlət rəhbərinin bu sərəncamı jurnalistlərin sosial problemlərinin həllinə nə dərəcədə təsir göstərəcək?

- Bu qərarın misli yoxdur. Bu, bir daha dövlətin media məkanının inkişafında, "hakimiyyət-cəmiyyət" qarşılıqlı münasibətlərində daha böyük səmimiliyin olmasında nə dərəcədə maraqlı olduğunu sübut edir.

Sözsüz ki, Prezidentin bu addımı jurnalistlər üçün bu gün aktual olan sosial və bəzi məişət problemlərinin aradan qaldırılmasına xidmət edəcək.

Sirr deyil ki, jurnalistlər bəzən elə problemlərlə qarşılaşırlar ki, onların həlli jurnalistlərə çətin gəlir. Bu həm mənzil, həm də sosial təminat, sığorta və s. kimi bir neçə zəruri məsələlərdir. Əksər məsələlərin həlli əlbəttə ki, işəgötürənin insafına qalır. Daha qlobal məsələləri Prezident öz nəzarətində saxlayır və bundan çıxış edərək o, 5 milyon manatın ayrılması barədə qərar qəbul edib.

Jurnalistlər öz fəaliyyət növlərinə görə cəmiyyətdəki dəyişiklikləri daha yaxşı görə bilən Azərbaycan cəmiyyətinin bir hissəsidirlər. Onlar özləri sosial çətinliklərlə, haradasa bürokratik əngəllərlə qarşılaşdıqları zaman, təbii ki, narazılıq yaranır. Bütün bunların jurnalistlərin ələ alınması məqsədilə edildiyini başa düşməyin. Lakin bununla belə, "dördüncü hakimiyyət"lə yaxşı münasibətlərin heç bir maneçiliyi yoxdur. Lakin Prezidentin əsas məqsədi Azərbaycanda keyfiyyətli yeni media məkanının yaradılması məqsədilə jurnalistlərin maksimum dərəcədə yaşayış səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir. Azərbaycanın yeni jurnalistikası təmin edilmiş peşəkarların yüksək intellektual məkanıdır.

- Bəzi beynəlxalq təşkilatlar hələ də azərbaycanlı jurnalistlərin həbsdə olmalarını qeyd edirlər. Eyni zamanda, bu şəxslər öz peşəkar fəaliyyətlərinə görə həbs edilməyiblər. Sizin fikrinizcə, bu məsələyə belə qeyri-sağlam maraq nə ilə izah edilir?

- Həbsdə olan heç bir jurnalist öz peşəkar fəaliyyətinə görə cəzalandırılmayıb. Prezident bunu Mətbuat Şurasının üzvləri ilə görüşdə bir daha qeyd edib. Hər bir vətəndaş nə ilə məşğul olmasından asılı olmayaraq, qanun qarşısında eyni məsuliyyət daşıyır.

Özlərini reklam etdirən bəzi QHT-lərin qeyri-sağlam marağı bizi narahat etmir. Tam aydındır ki, kimsə sifarişlə Azərbaycana təzyiq göstərməyə səy göstərir. Bəzi təşkilatlar ofislərindən belə çıxmayaraq, yoxlanılmamış informasiyaya əsaslanaraq oturub məruzələr yazırlar. Onlar reallıqları bilmirlər, regionda baş verən prosesləri daxildən görmürlər, "sahə işləri" adlandırılan işi yerinə yetirmirlər.

Biz dəfələrlə demişik ki, bu təşkilatların çoxunun metodologiyası "soyuq müharibə"dən qalan mirasın yaşamıdır. Və indi bu məqsədlər üçün həm bəzi radiostansiyalardan, həm də bu növ QHT-lərdən istifadə olunur. Onların vəzifəsi müstəsna olaraq tənqiddən yox, ləkələməkdən ibarətdir. Onların əlindən başqa bir şey gəlmir və onlar bundan başqa sifariş də almırlar. Yəqin, yarım əsr bundan əvvəlki kateqoriyalarla düşünən insanlar hələ də qalmaqdadır.

Eyni zamanda, təcrübə göstərir ki, bəzən bu, tam məzmunsuz səbəblərə görə baş verir, bu və ya digər layihənin rəhbərinin köməkçisi erməni diasporunun nümayəndəsi olur ki, bütün layihənin ofisini antiazərbaycan informasiyası ilə doldurur. Ağıllarına gələni fikirləşirlər və məruzə yazırlar. Hərdən hansısa QHT adlandırılanların fikirləri də məhz belə yaranır.

Azərbaycanın regional lider kimi güclənməsi heç də hamını qane etmir. Regional layihələrə nəzər salın. Sual verin, onlar haradan başlayır? Azərbaycan bu gün tamamilə yeni məkandır, güclü dövlətdir, vətəndaşlarımız sabaha daha inamlıdır, bizim doğru yolda olmağımızın vacib indikatoru olan sabitlik mövcuddur. Bundan əlavə, siyasi və iqtisadi inkişafımız ictimai şüurun transformasiyası nəzərə alınmaqla gedir. Dövlətin tədricən necə dəyişdiyinə şəxsən əmin olmaq üçün yalnız Azərbaycana gələn, regionları gəzən qonaqlarla danışmaq kifayət edir ki, Azərbaycanın inkişafının böyük vüsət aldığı aydın olsun. Bu, faktın təsdiqlənməsidir. 

Şübhəsiz ki, bütün problemlərin eyni vaxtda həll olunduğunu, demokratiyanın qalib gəldiyini demək olmaz. Bunun üçün illər, onilliklər gərəkdir. Şüur yenilənir, nəsillər dəyişir, yeni mühit yaranır. Bütün bunlar vaxt tələb edir. Vacib odur ki, siz bu yolla tədricən, gündən-günə özünü dəyişməklə və regionu transformasiya etməklə gedəsiniz. Ona görə də tamamilə aydındır ki, Cənubi Qafqazın gələcəyi şübhəsiz ki, Azərbaycanın gələcəyi ilə istisnasız olaraq bağlıdır.

- Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməməklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini yenidən çıxılmaz vəziyyətə saldı. Bu zaman erməni tərəfi Sankt-Peterburqda rəsmi Bakı ilə əldə olunan hansısa bir razılaşmaya əsaslanır. Bu, nizamlanmadan qaçmaq üçün Yerevanın vaxtı uzatmaqdan ötrü yeni-yeni bəhanələr tapmasından xəbər vermirmi?

- Ermənistan irrasional və qeyri-konstruktiv mövqe tutur. Bundan başqa, o, məsuliyyəti başqasının üzərinə atmağa çalışır. Ermənistan Prezidenti bəyan edir ki, guya Azərbaycan Madrid prinsipləri ilə razılaşmır və guya istisnasız olaraq Ermənistan münaqişəni ərazi bütövlüyü, güc tətbiq edilməməsi və millətlərin öz müqəddəratını təyin etməsi hüququ əsasında həll etməyə çalışır.

Tamamilə qeyri-məntiqi yanaşmadır. Birincisi, Azərbaycan ərazisi işğal olunmuş dövlətdir. Şübhəsiz ki, dövlətlərin ərazi bütövlüyü prinsipinin təntənəsində biz başqalarından daha çox maraqlıyıq. İkincisi, ermənilər Ermənistan dövlətini yaratmaqla öz müqəddəratlarını təyin ediblər. Üçüncüsü, güc tətbiq edilməməsi prinsipi artıq 16 ildir qüvvədədir, lakin dinc nizamlanma məsələsində erməni rəhbərliyinin qeyri-konstruktiv mövqeyi üzündən hələlik heç bir irəliləyiş əldə olunmayıb. Beynəlxalq hüquq isə ərazidə öz suverenliyinin bərqərar olunması məqsədilə hərbi gücdən istifadəni qadağan etmir. 

Beləliklə, Ermənistan vaxtı uzadaraq öz ictimaiyyətini aldatmağa çalışır. Ermənistan rəhbərliyinin açıq oyun oynadığı artıq məlumdur. Bu gün Ermənistan Cənubi Qafqazın iqtisadi inkişafından kənarda qalıb. Bunun dərk edilməsi bu ölkədəki onsuz da mürəkkəb olan daxili siyasi vəziyyəti daha da çətinləşdirir. Və Ermənistanın öz-özünü aldatmasının nə qədər davam edəcəyini zaman göstərəcək.

- Azərbaycanda parlament seçkiləri ərəfəsində müxalifət aktivləşməyə başlayıb, partiyaların birləşdirilməsi barədə danışıqlar aparılır və s. Ümumilikdə, Siz Azərbaycandakı indiki daxili siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

- Partiyalar fəaliyyət göstərir, seçkilərə hazırlaşır, müzakirələr aparır, bəzi məsələləri müəyyənləşdirirlər. Kimdəsə alınır, kimsə oyun pis alınarsa, elektorat qarşısında narazılığını büruzə verməmək üçün yenə yalan danışır. İstənilən halda, bu oyunların əsas iştirakçıları artıq 20 ildən çoxdur dəyişməz qalır və müxalifət mühitində müxtəlif yalanların olacağı əvvəlcədən məlumdur. Müxalifət blokunda proseslərin reallıqları bunu bir daha sübut edir.

Eyni zamanda, sosioloji araşdırmalar göstərir ki, hakim partiya çoxluq təşkil edir. Cəmiyyət daxili siyasi vəziyyəti sabit kimi qiymətləndirir və hesab edir ki, bu, Azərbaycanın inkişaf templərinə cavab verir. Cəmiyyətin Prezidentə inamı kifayət qədər yüksəkdir və hazırkı siyasi vəziyyətin analizi, Prezidentin xarici və daxili siyasi fəaliyyəti seçkilər yaxınlaşdıqca bu dinamikanın artacağını sübut edir.

Xəbər lenti

Xəbər lenti