...

Bakıda 50-yə yaxın yeni bina təhlükəsizlik tələblərinə cavab vermir – FHN (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Yanvar 2011 12:07 (UTC +04:00)
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ötən il Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən 50-yə yaxın bina aşkar edib. Bu barədə cümə günü jurnalistlərə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət AgentliyininBaş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib.ib.
Bakıda 50-yə yaxın  yeni bina təhlükəsizlik tələblərinə cavab vermir – FHN (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 11:40-da yayılıb)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir М.Əliyev/

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ötən il Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən 50-yə yaxın yeni bina aşkar edib. Bu barədə cümə günü jurnalistlərə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib.

"Hazırda bu binalar istismardadır, lakin FHN-in rəsmi qərarını almayıb", - Nəcəfov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında deyib.

Onun sözlərinə görə, qurğuların möhkəmləndirilməsi üzrə işlərin aparılmalı olduğu bu binaların sakinləri müvəqqəti olaraq köçürüləcək, təhlükəsizlik tələblərinə tamamilə cavab verməyən binalar söküləcək.

FHN-in əməkdaşı vətəndaşlara mənzilə köçməmişdən əvvəl FHN-in qərarı olduğunu dəqiqləşdirməyi məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti