...

Azərbaycanda hüquq fakültəsinin tələbələri üçün 200 adda yeni kitab nəşr olunacaq

Cəmiyyət Materials 23 İyun 2011 13:38 (UTC +04:00)
Azərbaycanda hüquq fakültəsinin tələbələri üçün yeni dərsliklər nəşr ediləcək.
Azərbaycanda hüquq fakültəsinin tələbələri üçün 200 adda yeni kitab nəşr olunacaq

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hüquq fakültəsinin tələbələri üçün yeni dərsliklər nəşr ediləcək.

Azərbaycan Hüquqşünasları Konfederasiyasından (AHK) Trend-ə verilən məlumata görə, Konfederasiya hüquq peşəsinin inkişafı, hüquq fakültələrinin tələbələrinin nəzəri və praktiki inkişafı, hüquq təhsilinin səviyyəsinin artırılması məqsədi ilə hüquq ədəbiyyatlarının, dərsliklərin nəşrini planlaşdırır.

Yeni dərsliklər Bank Hüququ , Müəlliflik Hüququ, Rabitə Hüququ, Turizm Hüququ, Ekologiya Hüququ, Ticarət Hüquqi, Sənaye Hüququ, Torpaq Hüququ, Təhsil Hüququ, Nəqliyyat Hüququ, Vergi Hüququ, Maliyyə Hüququ adlandırılacaq.

Həyata keçirilməsi planlaşdırlan proqram əsasında 200 adda ədəbiyyatın nəşri nəzərdə tutulur.

Proqram çərçivəsində məşhur hüquqşünas alimlərin əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilməsi də planlaşdırılır.

AHK proqramın həyata keçirilməsində qeyd olunan sahədə ixtisaslaşmış qurumlarla əməkdaşlığa hazırdır.

Xəbər lenti

Xəbər lenti