...

Azərbaycan və Yaponiya seysmoloqları əməkdaşlığa başlayırlar

Cəmiyyət Materials 27 İyul 2011 15:03 (UTC +04:00)
Yaponiyanın seysmologiya ilə məşğul olan aparıcı şirkət və təşkilatları Azərbaycanla bu sahədə əməkdaşlıq qurmağa başlayır.
Azərbaycan və Yaponiya seysmoloqları əməkdaşlığa başlayırlar

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yaponiyanın seysmologiya ilə məşğul olan aparıcı şirkət və təşkilatları Azərbaycanla bu sahədə əməkdaşlıq qurmağa başlayır. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bununla bağlı Yaponiyanın "Şineyei Kaisa" şirkətinin meneceri Amano Ryo və "Oyo İnternational" sirkətinin eksperti, seysmoloq, elmlər doktoru Takahaşi Masakazu Azərbaycana səfər edib.

Qonaqlar RSXM-də keçirilən görüşdə Azərbaycandakı seysmoloji tədqiqatların və potensial zəlzələlərə qarşı hazırkı vəziyyətin öyrənilməsi, texniki əməkdaşlıq çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin aparılması kimi məsələləri müzakirə ediblər. Görüşdən sonra qonaqlar AMEA RSXM-in telemetrik seysmik stansiyalarının iş prinspi ilə yaxından tanış olublar.

Daha sonra yaponiyalı qonaqlar Fövqəladə Hallar Hazirliyində, Geologiya İnstitutunun direktoru Akif Əlizadə və direktorun elmi işlər üzrə müavini İbrahim Quliyevlə də görüşlər keçirib. Yaponiyalı qonaqların daha bir görüşü isə XİN-də olub.

Xəbər lenti

Xəbər lenti