...

Televizora baxmaq ömrü qısaldır

Cəmiyyət Materials 17 Avqust 2011 12:05 (UTC +04:00)
Televizora baxmaq ömrü qısaldır
Televizora baxmaq ömrü qısaldır

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Televizor qarşısında keçirilən hər bir saat tamaşaçının ömrünü təxminən 20 dəqiqə qısaldır. Bu barədə Trend avstraliyalı tibb işçilərinin tədqiqatlarının "British Journal" veb-resursunda dərc olunan nəticələrinə istinadən məlumat verir. Bu, siqaret çəkməyin vurduğu ziyana uyğundur.

Əgər insan gündə 6 saatdan artıq televizora baxırsa, bu zaman o, ümumiyyətlə televizora baxmaqdan qaçan adamlardan 5 il tez ölür. Tədqiqatçılar qeyd edirlər ki, televizora baxmağa həris olanlar bir qayda olaraq ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Onlar bildirirlər ki, bu gün avstraliyalılar hər il televizor qarşısında demək olar 10 milyard saat keçirirlər. Bu qitə-ölkənin əhalisinin ömrünün 286 min illik itkisinə bərabərdir.

Maraqlıdır ki, bu müddətin xeyli hissəsi insanı televizora daha möhkəm "bağlayan" idman proqramlarına (futbol, xokkey, reqbi, boks və başqa populyar oyunlara) tamaşa etməyə sərd olunur və beləliklə də, o, televiziya tamaşaçısının ömrünü qısaldan alətə çevrilir.

Xəbər lenti

Xəbər lenti