...

Karies və insultu eyni bakteriya törədir

Cəmiyyət Materials 29 Sentyabr 2011 12:21 (UTC +04:00)
Adətən karies törədən bakteriya həm də daha ağır bir xəstəliyin səbəbkarıdır. Belə ki, o, baş verən insult hallarının üçdə birinin törədicisidir.
Karies və insultu eyni bakteriya törədir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Adətən karies törədən bakteriya həm də daha ağır bir xəstəliyin səbəbkarıdır. Belə ki, o, baş verən insult hallarının üçdə birinin törədicisidir. Belə bir nəticəyə Yaponiyanın Osaki Universitetindən Koitiro Vadanın başçılıq etdiyi tədqiqat qrupu gəlib.

Ekspertlər insult nəticəsində ölən insanların beyin toxumalarında "Streptococcus mutans" bakteriyasını aşkar ediblər. Alimlər xəbərdarlıq edirlər ki, bu bakteriya orqanizmdə zədələnmiş damarda qoruyucu xolestrin piləyinin əmələ gəlməsinə imkan vermir. Trend-in məlumatına görə, bu barədə RİA "Novosti" yazır.

Öz fərziyyələrini təsdiqləmək üçün alimlər laboratoriya siçanları üzərində təcrübə aparıblar. Onlar siçanları iki qrupa ayıraraq onları "Streptococcus mutans" bakteriyasının birinci ştamı ilə yoluxdurublar. Daha sonra bəzi siçanların beyin damarlarının divarlarını zədələyiblər və beləliklə də, insulta yol açıblar. Bir neçə saatdan sonra siçanların əksəriyyəti ölüb. Həm də, birinci qrupdan olan siçanlarda beyin qansızmasının həcmi daha çox olub.

Tədqiqatçılar aydınlaşdırıblar ki, "Streptococcus mutans" bakteriyasının heç də bütün ştamları insulta səbəb olmur. Onların fikrincə, "s" serotipi beyin üçün təhlükəsizdir. Daha nadir növ olan "k" daha təhlükəlidir və ona ölməkdə olan insanların toxumalarında tez-tez təsadüf edilir. İnsultdan sonra sağ qalan adamlardan götürülən tüpürcək nümunələrində "k" serotipinə sağlam adamlardakından üç dəfə çox rast gəlmək olar.

Bu streptokok zədələnmiş damarda əmələ gəlmiş dəliyə xolesterinin çökməsinə mane olaraq zülal bağlarına yapışır və divarların bərpa olmasına mane olur.

İnsult beyin qan dövranının kəskin pozulmasıdır. Bu, orta yaşlı, eləcə də ahıl insanlar arasında ən geniş yayılmış xəstəlikdir. İnsult həm də inkişaf etmiş ölkələrdə onkoloji və ürək-damar xəstəliklərindən sonra ölümə səbəb olan üçüncü xəstəlikdir. ÜST-nin məlumatına görə isə hər il dünyada beş milyondan artıq insan insultdan dünyasını dəyişir.

Xəbər lenti

Xəbər lenti