• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Məişət zorakılığı ilə bağlı kitabın təqdimatı keçirilib

9 Dekabr 2011 16:49 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun kommentariyası" adlı kitabın təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qadınlara münasibətdə zorakılığın qarşısının alınması təkcə Azərbaycanda deyil, bütün dünyada diqqət mərkəzində olan məsələdir.

Dünyanın bir çox ölkələrində zorakılıq, xüsusən də gender əsaslı zorakılıq hallarının hələ də davam etməsindən təəssüflənən Komitə sədri Azərbaycanda da bu problemin mövcudluğunu qeyd edib.

Hüseynova qanunun implementasiyası ilə bağlı tədbirlərin hazırlanmasını vacib sayıb.

Türkiyə təcrübəsini nümunə gətirən Komitə sədri deyib ki, bu ölkədə məişət zorakılığının qarşısının alınması barədə qanunun implementasiyası ilə bağlı fiziki zorakılıq təhlükəsi ilə qarşılaşan qadınların mühafizəsinin təmin olunması, potensial zorakılıq subyektlərinə nəzarətin həyata keçirilməsi, zorakılıq qurbanları üçün reabilitasiya mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər müəyyən edilib.

Komitə sədri xüsusi vurğulayıb ki, gələcəkdə bu sahədə fəaliyyət daha da genişləndirilməli və qanunun implementasiyası ilə bağlı tədbirlər həyata keçirilməlidir.

BMT-nin Əhali Fondunun nümayəndəsi Fərid Babayev çıxışında bildirib ki, Azərbaycan bu qanunu qəbul etməklə məişət zorakılığını ailədaxili problem kimi deyil, insan hüquqlarının pozulması kimi rəsmiləşdirdi.

Kitabın müəllifi, Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev çıxışında bildirib ki, dünyada hər həftə 3 qadın məişət zorakılığından dünyasını dəyişir, hər 4-cü ailədə məişət zorakılığı baş verir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, kitab qanunun düzgün başa düşülərək tətbiq olunması məqsədi ilə hazırlanıb.

Kitab Azərbaycan Hüquqşünasları Konfederasiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avrasiya Hüquqşünaslar Assosiasiyasının birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

132 səhifəlik kommentariyanın müəllifi Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevdir.

Kitabda "məişət zorakılığı" termininin anlayışı, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq-normativ aktların xüsusiyyəti, xarici ölkələrin və Azərbaycan təcrübəsinin təhlili ilə yanaşı, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun maddələrinə dair kommentariya verilib.

Kitab 4000 tirajla Azərbaycan dilində nəşr olunaraq bütün hüquq mühafizə orqanlarının akademiyalarında və hakimlər, vəkillər, prokurorlar arasında qanunun düzgün başa düşülərək tətbiq olunması məqsədi ilə yayılacaq.

Kitabın elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, rəyçilər - siyasi elmlər doktoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, hüquq elmləri doktoru, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, hüquq üzrə fəlsəfə doktoru, AMEA-nın İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunun Vətəndaş və siyasi hüquqlar şöbəsinin müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilovdur.

Həyata keçirilən layihənin koordinatoru Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədr müavini Xanlar Ağalarovdur.

Kitab hüquq fakültələrinin müəllim və tələbələri, habelə, dövlət təşkilatlarının və idarələrinin əməkdaşları və gender bərabərliyi sahəsinə maraq göstərən geniş oxucu auditoriyasına tövsiyə edilir. Kitab pulsuz yayılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
ADU-nun kollektivi təqaüdlərin artırılması ilə bağlı ölkə başçısına təşəkkür edib
Cəmiyyət 13:09
Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi
Cəmiyyət 12:59
İndoneziya səfiri: Çox şadam ki, bu gün sizin universiteti görmək şərəfinə nail olmuşam (FOTO)
Cəmiyyət 12:30
Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi
Cəmiyyət 12:21
Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi
Cəmiyyət 12:18
Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib (FOTO)
Cəmiyyət 11:21
Xəbər lenti
Sumqayıtda 63 yaşlı qadının meyiti aşkarlanıb
Hadisə 13:21
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
Siyasət 13:14
ADU-nun kollektivi təqaüdlərin artırılması ilə bağlı ölkə başçısına təşəkkür edib
Cəmiyyət 13:09
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb
Siyasət 13:00
Əmək pensiyalarının minimum məbləğinin artımı təsdiq edildi
Cəmiyyət 12:59
Qatı duman İstanbulda dəniz reyslərini saxladı
Dünya xəbərləri 12:56
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
Nəzər nöqtəsi 12:50
Qaradağda iki övlad anasını maşınla vurub öldürən sürücü yaxalandı
Hadisə 12:43
Aİ: Azərbaycan qısa müddət ərzində nəqliyyat infrastrukturunu uğurla inkişaf etdirib
Biznes və iqtisadiyyat xəbərləri 12:37
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Azərbaycan Prezidenti: Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Nəzər nöqtəsi
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
Rusiyalı deputat: Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri