...

Bakıda İlaxır çərşənbə ilə bağlı keçiriləcək tədbirlə əlaqədar bəzi yollar bağlanacaq

Cəmiyyət Materials 12 Mart 2012 13:17 (UTC +04:00)
Sabah Bakıda İlaxır çərşənbə ilə bağlı keçiriləcək bayram tədbiri ilə əlaqədar bəzi yollar bağlanacaq.
Bakıda İlaxır çərşənbə ilə bağlı keçiriləcək tədbirlə əlaqədar bəzi yollar bağlanacaq

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Sabah Bakıda İlaxır çərşənbə ilə bağlı keçiriləcək bayram tədbiri ilə əlaqədar bəzi yollar bağlanacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, möhtəşəm bayram şənliyinin keçirilməsi ilə əlaqədar olaraq bu gün saat 21:00-dan sabah saat 23:00-dək İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Qoşa Qala qapısının qarşısındakı Gənclər meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq.

İdarə sürücülərdən bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini və alternativ yollardan istifadəni tövsiyyə edir.

Qeyd edək ki, milli geyimli 12 atlı süvarinin müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət olan Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00-da Qoşa Qala qapısının qarşısından hərəkət edərək Suraxanı rayonu "Atəşgah" məbədinə gedəcək, orada yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı Gənclər meydanına gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaq. Qeyd edək ki, Gənclər meydanında saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00-da atəşfəşanlıq olacaq.

Xəbər lenti

Xəbər lenti