...

Çevik Polis Alayında vakant vəzifələriə qəbulla əlaqədar müsabiqə elan edilib

Cəmiyyət Materials 29 Mart 2012 13:12 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant olan kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Çevik Polis Alayında vakant vəzifələriə qəbulla əlaqədar müsabiqə elan edilib

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant olan kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 santimetrdən (qızlar üçün 170 sm) yuxarı olan düzgün bədən quruluşlu və idman cüssəli, cinayət törətdiyinə görə əvvəllər məhkum edilməmiş, tam orta və ya orta ixtisas və ya ali təhsilli, dövlət dilini sərbəst bilən, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan şəxslər aprelin 2-dən iyun ayının 1-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək Çevik Polis Alayına (Bakı şəhəri Nobel qardaşları prospekti, 69) ərizə ilə müraciət etməlidirlər.

Müraciət edənlər şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün) və əmək kitabçasını təqdim etməlidirlər.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqənin qalibləri Daxili İşlər Nazirliyinin Seçim Komissiyası tərəfindən aparılan müsahibə nəticəsində müəyyən olunacaq.

Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumat almaq üçün (012) 5909650, 4403586 nömrəli telefonlarla Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti