...

Ermənistan qadınlarının siqaret bəlası

Cəmiyyət Materials 30 Mart 2012 15:27 (UTC +04:00)
Ermənistanda 16 yaşından yuxarı kişilərin 52-55 faizi siqaret çəkir.
Ermənistan qadınlarının siqaret bəlası

Azərbaycan, Bakı, 30 mart /Trend/

Ermənistanda 16 yaşından yuxarı kişilərin 52-55 faizi siqaret çəkir. Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə cümə günü mətbuat konfransında Ermənistan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İdarəsinin rəisi Aleksandr Bazarçyan bəyan edib. O qeyd edib ki, azalma tendensiyası var. Belə ki, 10 il əvvəl kişilərin 60 faizi siqaret çəkirdi.

Çəkən qadınlara gəlincə, onların sayı kənd yerlərində azdır, Yerevanda isə siqaret çəkən qadınların 6-7 faizi 35-55 yaşındadır. Bazarçyanın sözlərinə görə, qadınlar daha çox özünütəsdiq və ya tamamilə tənqid edilmiş görünmək üçün siqaret çəkirlər.

Onun sözlərinə görə, Ermənistanda hər il 3000-4000 insan siqaret çəkmək səbəbindən yaranan xəstəliklərə - ürək-damar, xərçəngə görə ölür. Bununla yanaşı, ölüm hallarının yarısı məhz ürək-damar xəstəliklərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti