...

Elşad İskəndərov: Azərbaycanda dini durumla bağlı spesifik problemlər var

Cəmiyyət Materials 2 İyun 2012 11:30 (UTC +04:00)
Azərbaycanda dini durumla bağlı spesifik problemlər var. Ən böyük təhlükə dini zəminin ayrı-ayrı dövlətlər tərəfindən siyasi maraqları naminə istifadə olunması cəhdləridir.
Elşad İskəndərov: Azərbaycanda dini durumla bağlı spesifik problemlər var

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dini durumla bağlı spesifik problemlər var. Ən böyük təhlükə dini zəminin ayrı-ayrı dövlətlər tərəfindən siyasi maraqları naminə istifadə olunması cəhdləridir. Trend-in məılumatına görə, bunu şənbə günü jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

"Bu hal son zamanlar daha da artıb. Azərbaycan dövləti ayrı-ayrı ölkələrin getdiyi yola hörmətlə yanaşır. Biz eyni hörmətin Azərbaycandakı dinin dövlətdən ayrı olması modelinə də olunmasını tələb edirik", - İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bütün sahələrdə olduğu kimi, dini durum sahəsində də müsbət irəliləyişlər var.

"Dini icmalar və dindarlar iqtisadiyyatı inkişaf edən, sosial vəziyyəti gündən-günə yaxşılaşan Azərbaycanda yaşayırlar", - o deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın dini siyasəti dövlətçiliyi möhkəmləndirmək istiqamətində qurulub.

"Azərbaycan müstəqillik qazanandan xarici dövlətlər bu siyasəti pozmaq sahəsində bir iş görə bilməyiblər və bilməyəcəklər. Ona görə də bu siyasətdən əl çəkmək ən yaxşı yoldur", - İskəndərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti