...

Bakıda Azərbaycan və İraq arasında mədəni əlaqələr müzakirə olunacaq

Cəmiyyət Materials 9 İyun 2012 14:07 (UTC +04:00)
Bakıda "Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi" adlı elmi-praktik konfrans keçiriləcək.
Bakıda Azərbaycan və İraq arasında mədəni əlaqələr müzakirə olunacaq

Azərbaycan, Bakı, 9 iyun / Trend müxbir M.Əliyev/

Bakıda "Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü, gələcəyi" adlı elmi-praktik konfrans keçiriləcək. Bu barədə Trend-ə şənbə günü Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Konfransda İraq parlamentinin keçmiş üzvü Fövzi Əkrəm Tərzioğlunun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Türk Dünyası Gənc Media Mənsubları Birliyinin sədri Şəmsəddin Kuzəçi, TÜRKMENELI Vəqfi Kültür Mərkəzinin rəhbəri Mustafa Ziya, həmçinin tanınmış sənətçilər İsmət Hürmüzlü, Səadallah Salih Mohamməd, Ali Xalil Mohamməd, Fahmə Mahdə, Fövzü Ömər Mohamməd, Xalid İsmael, Arjan Ş.Ahmad, Mohamməd Qadər Rauf və "Türkmeneli" TV-nin xəbər müdiri Ali Makram Qarib daxildir.

Azərbaycana səfər çərçivəsində İraq nümayəndə heyətinin Xocavənd rayonunda qaçqın və məcburi köçkünlərlə görüşü və böyük konsert proqramının düzənlənməsi də nəzərdə tutulub. Tovuza və Gəncəyə səfər edəcək iraqlı soydaşlarımız hərbiçilər qarşısında konsert verəcək. İraq nümayəndə heyətinin həmçinin Qubadakı "Soyqırım məzarlığı"nı ziyarət etməsi də planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti