...

Bakı şəhər Dövlət Yol Polisi paytaxtın bəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət qoyacaq

Cəmiyyət Materials 17 İyun 2012 10:27 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi Bakının bəzi yollarında "Formula-1" idman şousunun Neftçilər prospektini və ona paralel küçələr istiqamətində start verilməsinin nəzərə alaraq avtomobil səhiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, bu gün saat 13:00-dan Neftçilər prospekti, Əziz Əliyev küçəsi kəsişməsində, Azadlıq meydanı istiqaməti, həmçinin Ü. Hacıbəyov küçəsi, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər prospekti, Azneft dairəsinədək avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəişdiriləcək
Bakı şəhər Dövlət Yol Polisi paytaxtın bəzi yollarında avtomobillərin  hərəkətinə məhdudiyyət qoyacaq

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir A.Əsgərov/

Bakı şəhər Dövlət Yol Polisi paytaxtın bəzi yollarında "Formula 1" idman şousunun Neftçilər prospektini və ona paralel küçələr istiqamətində start verilməsinin nəzərə alaraq, avtomobil səhiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, bu gün saat 13:00-dan Neftçilər prospekti, Əziz Əliyev küçəsi kəsişməsində, Azadlıq meydanı istiqaməti, həmçinin Ü. Hacıbəyov küçəsi, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər prospekti, Azneft dairəsinədək avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

İdarənin bölmə rəisi Vaqif Əsədov bazar günü Trend-ə bildirib ki, şou iştirakçılarının təhlükəsizliyinin təmin etməsi və onların proqram üzrə hərəkətini rahat və fasiləsiz təşkil olunması məqsədi ilə xahiş edilir ki, bu istiqamət boyunca şəxsi avtomobillərdən az istifadə edilsin və yaxud alternativ yollardan istifadə edilməsinə üstünlük verilsin.

Saat 13:00-da sou başlayandan sonra, Azneft meydanı və Cavanşır körpüsündən qeyd edilən istiqamətlərdə avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Bazar günü Bakının mərkəzində, Neftçilər prospektində improvizasiya edilmiş yarış trasında Formula 1-in "Red Bull Racing" komandasının hazırkı çempionunun nümayiş girişləri baş tutacaq.

Yarış bolidini ən məşhur yarışçılardan biri, Formula 1-in əfsanəsi, Formula 1-in "Red Bull Racing" komandasının üzvü Devid Kulthard idarə edəcək.

Xəbər lenti

Xəbər lenti