...

Azərbaycanda gənclər üçün yay istirahət düşərgələri fəaliyyətə başlayıb

Cəmiyyət Materials 18 İyun 2012 17:49 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi tərəfindən Quba, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri fəaliyyətə başlayıb.
Azərbaycanda gənclər üçün yay istirahət düşərgələri fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyi tərəfindən Quba, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri fəaliyyətə başlayıb. Bu barədə bazar ertəsi Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, iyunun 25-dən isə İsmayıllı rayonunda da düşərgə təşkil ediləcək.

Düşərgələrin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsidir.

Düşərgənin 10 günlük proqramına uyğun olaraq gənclər mənalı istirahətlə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə də yaxından tanış olmaq, müxtəlif mövzularda mühazirələri dinləmək, idman və stolüstü oyunlar üzrə, eyni zamanda, intellektual yarışlarda iştirak etmək imkanı əldə edəcəklər.

Ümumilikdə 4 şəhər və rayonda təşkil edilən düşərgələrdə hər biri 10 günlük növbələr olmaqla 15 növbənin təmin edilməsi və 1500-dək gəncin iştirakı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti