...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayır

Cəmiyyət Materials 23 İyun 2012 13:33 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il qeyd olunacaq Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayır. Trend-in məlumatına görə, bunu şənbə günü komitə sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.İsabalayeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il qeyd olunacaq Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayır. Trend-in məlumatına görə, bunu şənbə günü komitə sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tədbirlər planında maarifləndirmə işinin aparılması, internet, sosial şəbəkələrdə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

İskəndərovun sözlərinə görə, komitənin yeni loqosunun hazırlanması ilə bağlı da elan verilib. Bununla bağlı sosial şəbəkələrdə müsabiqə keçiriləcək. Komitə sədri gənc yaradıcı insanları, rəssamları müsabiqədə iştirak etməyə dəvət edib.

"Azərbaycanda tolerantlığın, dünyəvi modelin və bütün dinlərə, bizim milli-mənəvi dəyərlərimizə uyğun olan loqo modelini hazırlayıb komitənin ünvanına göndərsinlər. Biz ictimaiyyətin təqdim etdiyi loqonu özümüzə simvol seçəcəyik. Bundan əlavə, sosial şəbəkələrdə, internet məkanda həm maarifləndirmə, həm də komitənin gördüyü işlər barədə məlumatlar verəcəyik. Eyni zamanda, əhalinin komitəyə ünvanladığı təkliflər, müraciətlər müzakirə ediləcək", - İskəndərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti