...

Moskvada "Dünya mediaları: XXI əsrin çağırışları" Ümumdünya Sammiti keçiriləcək

Cəmiyyət Materials 28 İyun 2012 16:28 (UTC +04:00)
İyulun 4-dən 7-dək Moskvada "Dünya mediaları: XXI əsrin çağırışları" şüarı altında Ümumdünya Media Sammiti keçiriləcək.
Moskvada "Dünya mediaları: XXI əsrin çağırışları" Ümumdünya Sammiti keçiriləcək

Azərbaycan, Bakı, 28 iyun /Trend/

İyulun 4-dən 7-dək Moskvada "Dünya mediaları: XXI əsrin çağırışları" şüarı altında Ümumdünya Media Sammiti keçiriləcək. Sammitdə Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, AzərTAc-ın baş direktoru Aslan Aslanov və "Azerbaydjanskie izvestiya" qəzetinin baş redaktoru Gülnarə Hüseynova iştirak edəcəklər.

Trend-in məlumatına görə, Moskva forumunun iştirakçıları 2004-cü ildə Moskvada Ümumdünya İnformasiya Agentlikləri Konqresi və 2009-cu ildə Pekində keçirilmiş Ümumdünya Media Sammiti çərçivəsində qaldırılan mövzuların müzakirəsini davam etdirəcəklər.

Ümumdünya Media Sammitinin keçirilməsi təşəbbüsü Rusiya rəhbərliyinin dəstəyini qazanıb. Forumun işində Rusiya Prezidenti Vladimir Putinin iştirakı gözlənilir.

Sammitin ideyası BMT və YUNESKO rəhbərliyi və beynəlxalq media birlikləri rəhbərlərinin müsbət rəyini alıb.

"Biz hər birimizin üzərinə böyük məsuliyyət qoyan peşəmizin bir çox məsələlərini müzakirə etmək istəyirik. Bunlar böyük və kiçik mövzulardır: dünya informasiyasının gələcəyi, onun yüksək dinamikalı dünyada missiyası, ənənəvi və yeni mediaların münasibəti, jurnalistlərin təhlükəsizliyi, media mühitdə sosial və peşəkar məsuliyyətin irəliləməsi, fəaliyətimizin maliyyə və digər aspektləri", - İTAR-TASS-ın baş direktoru, Moskvada Ümumdünya Media Sammitinin təşkilat komitəsinin sədri Vitali İqnatenkonun müraciətində deyilir.

O əminliyini bildirib ki, sammit qlobal çağırışlara cavabların axtarışı üçün vacibdir. Bu qlobal çağırışlar kütləvi informasiya vasitələri qarşısında qlobal dünya, onun artan mobilliyi, iqtisadi sarsıntıları, bəzən barışmaz regional münaqişələri kimi məsələləri qoyur.

Xəbər lenti

Xəbər lenti