...

Azərbaycanda dini təyinatlı ədəbiyyata aksiz markası tətbiq etməyənlər cəzalandırılacaqlar

Cəmiyyət Materials 29 İyun 2012 14:21 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu növbədənkənar iclasında Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər qəbul olunub.
Azərbaycanda dini təyinatlı ədəbiyyata aksiz markası tətbiq etməyənlər cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu növbədənkənar iclasında Vergilər Məcəlləsinə əlavə və dəyişikliklər qəbul olunub.

Trend-in məlumatına görə, qanuna edilən dəyişikliyə görə, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların, və dini məznmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanmadan yayılması faktları aşkar edilməsinə görə materiallar müsadirə olunaraq fiziki şəxslər malların hər birinə görə 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 150 manat miqdarında cərimə ediləcəklər.

Xəbər lenti

Xəbər lenti