...

Azərbaycanın təhsil naziri müəllimlərin vahid geyim formasının əleyhinə çıxıb

Cəmiyyət Materials 8 Oktyabr 2012 11:30 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkənin bütün orta məktəblərində müəllimlər üçün vahid geyim formasının tətbiqinin tərəfdarı olmadığını açıqlayıb.
Azərbaycanın təhsil naziri müəllimlərin vahid geyim formasının əleyhinə çıxıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkənin bütün orta məktəblərində müəllimlər üçün vahid geyim formasının tətbiqinin tərəfdarı olmadığını açıqlayıb.

Trend-in məlumatına görə, nazir bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, hansısa məktəb direktoru və ya rayon təhsil şöbəsi müəllimləri vahid forma geyinməyə məcbur etməməlidir.

"Mən bu işin tərəfdarı deyiləm. Ola bilər ki, hansısa məktəb müəllimlərin vahid forma geyinməsi məsələsini qaldırsın. Biz hələlik şagirdlərin vahid formaya keçməsi məsələsini dəstəkləyirik. Bu istiqamətdə iş aparırıq. Biz hələ bütövlükdə müəllimlərin vahid formaya keçməsi fikrini söyləməmişik", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti