...

Türkiyədə güclü qar 238 kəndə gedən yolları bağlayıb

Cəmiyyət Materials 26 Dekabr 2012 13:14 (UTC +04:00)
Türkiyənin Ərzurum vilayətinə yağan güclü qar 238 kəndə gedən yolları bağlayıb.
Türkiyədə güclü qar 238 kəndə gedən yolları bağlayıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Ərzurum vilayətinə yağan güclü qar 238 kəndə gedən yolları bağlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Anadolu agentliyi xəbər verir.

Ərzurum vilayətində qar örtüyünün qalınlığı 100 santimertdən artıq, temperatur mənfi 22 dərəcədən aşağıdır.

Türkiyədə şaxtalı hava şəraiti artıq üç həftədir davam edir. Sinoptiklər ölkənin bir çox vilayətlərində güclü qarın davam edəcəyini proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti