...

Bakı sakinlərinin nəzərinə: çətir götürməyi unutmayın

Cəmiyyət Materials 6 Fevral 2013 12:47 (UTC +04:00)
Azərbaycanın rayonlarında fevralın 7-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda zəif sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Bakı sakinlərinin nəzərinə: çətir götürməyi unutmayın

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 7-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında yarımadanın bəzi yerlərində duman olacağı, günün ikinci yarısında isə qısamüddətli çiskinli az yağış yağacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-6, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 7-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda zəif sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti