...

Türkiyədə yeddi yeni aeroport tikiləcək

Cəmiyyət Materials 7 Fevral 2013 13:21 (UTC +04:00)
Hazırda Türkiyədə daha yeddi yeni aeroportun tikintisi üzrə işlər görülür.
Türkiyədə yeddi yeni aeroport tikiləcək

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A.Tağıyeva/

Hazırda Türkiyədə daha yeddi yeni aeroportun tikintisi üzrə işlər görülür. Trend-in məlumatına görə, bu barədə ölkənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyinin hesabatında deyilir.

Beləliklə, ölkədə aeroportların fəaliyyət göstərəcəyi vilayətlərin sayı hazırkı 42-dən 46-ya çatacaq.

Həmin layihələrin reallaşdırılması nəticəsində Türkiyədəki aeroportların sayı 56-ya çatacaq. Hesabatda deyildiyi kimi, 2003-cü ildən bu günədək aeroportların genişləndirilməsi və bu sektora investisiyaların qoyulması üzrə işlər 2,5 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti