...

Naxçıvanda 25 xəstə üzərində mürəkkəb ürək əməliyyatı həyata keçiriləcək

Cəmiyyət Materials 1 Mart 2013 13:50 (UTC +04:00)
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə martın 5-dək Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatı aparılacaq.
Naxçıvanda 25 xəstə üzərində mürəkkəb ürək əməliyyatı həyata keçiriləcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə martın 5-dək Naxçıvan Müalicə Diaqnostika Mərkəzində 25 xəstə üzərində mürəkkəb açıq ürək əməliyyatı aparılacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, əməliyyatlar ilə yanaşı, mərkəzdə 50-60 xəstəyə angioqrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunacaq.

Bu ərəfələrdə rezident və gənc həkimlərin praktiki və nəzəri təcrübəsinin artırılması məqsədi ilə İzmir şəhərindən dəvət olunmuş Prof. Dr. Suat Buket tərəfindən treninq kursları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti