...

Orta məktəbdə işıq qaytarıcılar haqqında növbəti təqdimat keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2013 15:04 (UTC +04:00)
Cari ilin aprel ayında KİV nümayəndələrinin iştirakı ilə işıq qaytarıcıları haqqında 18, 152 və 102 nömrəli orta məktəblərdə təqdimatlar keçirilib. Bunun davamı olaraq layihə çərçivəsində növbəti təqdimat 2013-cü il aprelin 26-da Bakı şəhəri 189 saylı orta məktəbdə müğənni Günay İbrahimlinin iştirakı ilə baş tutub.
Orta məktəbdə işıq qaytarıcılar haqqında növbəti təqdimat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel / Trend /

Cari ilin aprel ayında KİV nümayəndələrinin iştirakı ilə işıq qaytarıcıları haqqında 18, 152 və 102 nömrəli orta məktəblərdə təqdimatlar keçirilib. Bunun davamı olaraq layihə çərçivəsində növbəti təqdimat 2013-cü il aprelin 26-da Bakı şəhəri 189 saylı orta məktəbdə müğənni Günay İbrahimlinin iştirakı ilə baş tutub. Təqdimat zamanı reflektorlar şagirdlərə müğənni tərəfindən paylanılmışdır. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumdur ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "İşıqlı həyat" layihəsi həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycan əhalisinin, xüsusən gecə saatlarında yol təhlükəsizliyinin təmin olunması, respublikada nəqliyyat təhlükəsizliyi problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə Azərbaycanda yeniyetmə və gənclərin yol qəzalarında həlak olmalarının qarşısının alınmasıdır. Layihəyə qoşulan hər kəs xüsusi hazırlanmış işıq qaytarıcılarından istifadə edərək layihəyə dəstək verir, eyni zamanda öz təhlükəsizliyini nisbətən təmin etmiş olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti