...

Vyanada xalq yazıçısı Anarın kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyun 2013 15:32 (UTC +04:00)
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın alman dilində nəşr olunmuş hekayələr kitabının təqdimatı olub.
Vyanada xalq yazıçısı Anarın kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın alman dilində nəşr olunmuş hekayələr kitabının təqdimatı olub.

Trend xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə "Renate Rollfinke" nəşriyyatında çapdan çıxmış kitabın təqdimat mərasimində Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri, kitabsevərlər, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova əsas qayəsi Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və incəsənətini təbliğ etmək olan mərkəzdə belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Qeyd olunmuşdur ki, bu təqdimat Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə may ayında açılışı keçirilən Azərbaycan Mədəniyyət Mərkəzinin ilk rəsmi tədbiridir və gələcəkdə də burada Avstriyada Azərbaycanı yaxından tanıdan çoxlu sayda tədbirlər nəzərdə tutulur.

Anarın həyat və yaradıcılığına nəzər salan L.Qasımova ədibin müasir Azərbaycan ədəbiyyatının ən tanınmış siması olduğunu diqqətə çatdırmış, onun yazıçı, şair, ssenarist, tərcüməçi kimi çoxşaxəli yaradıcılıq fəaliyyətinə toxunmuşdur.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Anarın alman dilində nəşr olunmuş hekayələr kitabında yazıçının ən populyar əsərlərinin toplandığını bildirmiş, həmin hekayələrdə real həyat cizgilərinin, ictimai-siyasi yüklü hadisələrə baxışın, estetik-bədii zövqlə qələmə alınmış təsvirlərin diqqəti cəlb etdiyini vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti