...

ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçilib

Cəmiyyət Materials 27 Noyabr 2013 10:59 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının (APSİA) üzvü seçilib.
ADA Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının üzvü seçilib

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının (APSİA) üzvü seçilib. Trend-in məlumatına görə, bu barədə ADA-nın məlumatında deyilir.

Assosiasiya Şimali Amerika, Asiya və Avropada beynəlxalq münasibətlər, o cümlədən bu sahə ilə bir başa əlaqədar olan sülh, təhlükəsizlik, rifah, beynəlxalq anlaşma və s. kimi sahələr üzrə peşəkar tədrisin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən 60-dan çox universitet və proqramı özündə cəmləşdirir.

ADA-nın rektoru Hafiz Paşayev bildirib: "ADA-nın qarşısına qoyduğu məqsədlərdən biri də tədris etdiyi bütün proqramların beynəlxalq akreditasiya əldə etməsidir. APSİA-ya üzvlk bu istiqamətdə atılmış addımlardan biridir".

Assosiayasiyaya üzv olan digər universitetlərin rektor və dekanları adından ADA-nı təbrik edən APSİA Proqram İcraçısı Marqaret Braun üzlük nəticəsində ADA tələbələrinin dövlət quruculuğu və beynəlxalq münasibətlər üzrə əldə etdikləri bilikləri karyera inkişafı ilə əlaqələndirərək 21-ci əsrin əmək bazarının tələblərinə daha yaxşı uyğunlaşacaqlarını vurğulayıb.

Qeyd edək ki, Assosiayasiyaya üzv olan universitetlər arasında Yale Universiteti, Kolumbiya Universiteti, Corc Uaşinqton Universiteti, Conc Hopkins Universiteti və bir sıra digər nüfuzlu universitetlər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti