...

IDEA, "ASAN xidmət" və "Təmiz Şəhər" birgə layihəyə başlayır: "Hər kağızı bir yarpağa dəyişək"

Cəmiyyət Materials 2 Fevral 2014 22:21 (UTC +04:00)
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, "ASAN" xidmət və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı birgə layihəyə start verilib.
IDEA, "ASAN xidmət" və "Təmiz Şəhər" birgə layihəyə başlayır: "Hər kağızı bir yarpağa dəyişək"

Azərbaycan, Bakı, 2 fevral /Trend/

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, "ASAN xidmət" və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" adlı birgə layihəyə start verilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinin qarşısında quraşdırılacaq məntəqələrə təhvil verəcəklər. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılacaq və onların qeydiyyatı aparılacaq.

Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağaclar kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.

İstifadə olunmuş kağızların qəbulu işinə 2014-cü il fevralın 3-dən etibarən başlanacaq.

Xəbər lenti

Xəbər lenti