...

Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2014 19:04 (UTC +04:00)
Bu gün Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş “Xocalı soyqırımı-günahsız qurbanlar üçün ədalət axtarışında” adlı seminar keçirilmişdir.
Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bu gün Pakistanın Preston Universitetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş "Xocalı soyqırımı - günahsız qurbanlar üçün ədalət axtarışında" adlı seminar keçirilmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rektorları və professorları, Türkiyə, Bosniya və Herseqovina, o cümlədən Mərkəzi Asiya respublikalarının səfirləri, diplomatlar, Pakistanın nüfuzlu siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Preston Universitetinin rektoru professor Əbdül Basit, müxtəlif dövrlərdə ticarət, enerji naziri və senatının xarici əlaqələr komitəsinin sədri vəzifələrində çalışmış Səlim Seyfulla Xan, daxili işlər üzrə dövlət naziri və senatoru olmuş Şahzad Vasim, ABŞ-ın Con Hopkins Universitetinin professoru, Qafqaz üzrə ekspert Aftab Kazi və Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti Asif Nur çıxış etmişlər.

Çıxışlarda Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımın bu münaqişənin ən qanlı və faciəli səhifəsi olduğu haqda məlumat verilmişdir. Pakistan tərəfindən Azərbaycan torpaqlarının işğal etdiyinə görə Ermənistanı dövlət kimi tanımadığı qeyd olunmuşdur. Pakistan senatında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edildiyi bildirilmişdir. Minsk qrupunun fəaliyyəti, regionda son zamanlar gedən proseslər, qüvvələr balansının həm siyasi, həm də hərbi nöqteyi nəzərdən Azərbaycanın xeyrinə dəyişdiyi vurğulanmışdır.

Tədbirin sonunda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında geniş məlumat vermişdir.

Seminarın rəsmi hissəsindən sonra D.Şikarov Pakistan və Türkiyə KİV-ə müsahibə vermişdir. Səfir bu cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulayaraq, bildirmişdir ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti