...

Rumıniya mətbuatında "Xocalı - Azərbaycana qarşı insanlıq cinayəti" başlıqlı geniş məqalə dərc olunub

Cəmiyyət Materials 26 Fevral 2014 19:48 (UTC +04:00)
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə 26 fevral 2014-cü il tarixində beynəlxalq şəbəkəyə malik Rumıniyanın ingilis dilində yayımlanan “Nine O’clock” qəzetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunan “Xocalı - Azərbaycana qarşı insanlıq cinayəti” başlıqlı məqalə dərc olunub, internet səhifəsində isə eyniadlı məlumat yayımlanıb.
Rumıniya mətbuatında "Xocalı - Azərbaycana qarşı insanlıq cinayəti" başlıqlı geniş məqalə dərc olunub

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə 26 fevral 2014-cü il tarixində beynəlxalq şəbəkəyə malik Rumıniyanın ingilis dilində yayımlanan "Nine O'clock" qəzetində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunan "Xocalı - Azərbaycana qarşı insanlıq cinayəti" başlıqlı məqalə dərc olunub, internet səhifəsində isə eyniadlı məlumat yayımlanıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulması, qaçqın və məcburi köçkünə çevrilməsi və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunması bildirilmişdir.

Eyni zamanda məqalədə göstərilir ki, 20-ci əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı beynəlxalq mətbuat və insan hüquqları üzrə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınsa da, dünya bu ağır cinayətə layiqli hüquqi qiymət verməmişdir. Əksinə, hiyləgər erməni diasporunun aldadıcı cəhdlərinin təsiri altında xüsusən Avropadakı bir sıra ölkələr Osmanlıda baş vermiş toqquşmaları qondarma "soyqırım" kimi qəbul etmiş, nəticədə tarixçilər tərəfindən ortaya çıxarıla biləcək həqiqət və gerçəkliklərə bilərəkdən göz yumaraq bir çox siyasətçilər və dövlət rəhbərləri bu amildən siyasi divident qazanmağa çalışmışlar. Bu gün diasporunun köləsinə çevrilmiş Ermənistan dövləti Xocalıda günahsız insanlara qarşı törətdiyi qırğını ört-basır edə bilməz, çünkü soyqırımı törədənlər öz qanlı əməllərini müxtəlif dövrlərdə davamlı şəkildə, "qürurla" və utanmazcasına ictimaiyyət qarşısında etiraf etmişlər.

Məqalənin orijinalı http://www.nineoclock.ro/khojaly-a-human-tragedy-against-azerbaijan/ internet səhifəsi ünvanından əldə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti