...

Azad Rəhimov: AİPS-in Bakıda keçirilən konqresi I Avropa Oyunlarının təbliğatına da xidmət edəcək

Cəmiyyət Materials 28 Aprel 2014 11:26 (UTC +04:00)
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci konqresi 2015-ci ildə burada baş tuacaq birinci Avropa Oyunlarının təbliğatına da xidmət edəcək.
Azad Rəhimov: AİPS-in Bakıda keçirilən konqresi I Avropa Oyunlarının təbliğatına da xidmət edəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci konqresi 2015-ci ildə burada baş tuacaq birinci Avropa Oyunlarının təbliğatına da xidmət edəcək. Trend xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Azad Rəhimov deyib ki, bu gün həm də AİPS-in yaranmasının 90-cı ildönümüdür. Həm dünya idman jurnalistləri, həm də bizim üçün bu möhtəşəm tədbirin Bakıda keçirilməsi çox vacibdir: "Birincisi, Azərbaycan müxtəlif dünya və Avropa çempionatlarına ev sahibliyi edir. Azərbaycanın idmançıları müxtəlif idman yarışlarında çoxlu medallar qazanır. Ən əsası isə gələn il iyun ayında Bakıda ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək".

Nazir qeyd edib ki, bu gün burada dünya idman jurnalistləri elitasının toplanması, burada konqresin keçirilməsi, onların Bakı şəhəri ilə, Bakı 2015 Avropa Oyunlarına hazırlıqla tanış olması ölkəmiz üçün çox vacibdir: "Bu, böyük bir təbliğatdır. Bu, birinci Avropa Oyunlarının təbliğatına da xidmət edəcək. Mən inanıram ki, buradan qayıdan bütün jurnalistlər Bakı haqqında, aparılan işlər, idmanda olan böyük irəliləyiş haqqında öz məqalələrində qeyd edəcəklər. Əsas odur ki, burada 108 ölkədən gələn 300-dən artıq jurnalist Azərbaycandan Azərbaycanın əsl dostu kimi qayıdacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti