...

Bakıda şagirdlərlə qarşılıqlı ünsiyyəti daha yaxsı qurmağa imkan verən layihəyə başlanılıb

Cəmiyyət Materials 29 Aprel 2014 13:50 (UTC +04:00)
Bakıda "Ağıllı Sinif" ("Smart Class") layihəsinin açılış mərasimi keçirilib. Trend xəbər verir ki, təqdimat öncəsi Koreya Universiteti ilə sosial şəbəkə vasitəsilə danışıq baş tutub.
Bakıda şagirdlərlə qarşılıqlı ünsiyyəti daha yaxsı qurmağa imkan verən layihəyə başlanılıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bakıda "Ağıllı Sinif" ("Smart Class") layihəsinin açılış mərasimi keçirilib. Trend xəbər verir ki, təqdimat öncəsi Koreya Universiteti ilə sosial şəbəkə vasitəsilə danışıq baş tutub. Onlar da bu cür layihənin Azərbaycanda keçirilməsindən məmnuniyyətlərini bildiriblər və layihəyə uğurlar arzu ediblər.

Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evinin rəhbəri Elşad Abdullayevin sözlərinə görə, layihənin fərqləndirici xüsusiyyətləri odur ki, layihə iştirakçıları dərs vəsaiti kimi Microsoft əsaslı proqramlardan istifadə edə bilir, layihə şagirdlərin interaktiv tədris prosesinə marağının artmasına, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həllinə, müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha yaxsı qurmağa imkanı verir.

"Smart Class" layihəsinin icrası zamanı "Dünya Türk Gənclər Birliyi" İctimai Birliyinin layihəsi olan və Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşən Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evinin böyük konfrans zalı əsaslı təmir edilib.

Avadanlıqlardan rahat istifadə olunması üçün xüsusi qurğular yaradılıb. Bu layihə çərçivəsində istifadə olunacaq avadanlıqlar Cənubi Koreyanın "SK Telecom" şirkəti tərəfindən təmin edilib.

E.Abdullayev bildirib ki, zal tələbələrin istifadəsi üçün 25 ədəd "Asus" tipli planşetlərlə təchiz olunub. Bu planşetlərin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, Microsoft əsaslı proqramlarla təmin olunub və əlavə klaviaturaya malik olması istənilən zaman bu planşetlərdən noutbook kimi də istifadə etməyə şarəit yaradır. Bundan əlavə, layihə çərçivəsində Gənclər Evinə xüsusi tipli İKT qurğuları, noutbooklar və proyektor gətirilib. U-board qurğusu vasitəsi ilə planşetlər, noutbook, proyektor və lövhə arasında interaktiv əlaqələr yaradılıb.

Layihənin meneceri Habil Rəfili bildirib ki, "Smart Class" layihəsi zamanı tədris olunacaq dərs kontenti Sungshin Universitetinin professorlar heyəti tərəfindən Azərbaycandakı gənclər arasında aparılan araşdırmalar nəticəsində əldə edilmiş bilikər əsasında hazırlanıb: "Smart Class" layihəsinin başqa böyük əhəmiyyəti ondan ibarətdir ki, Gənclər Evi və "Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı" İctimai Birliyi tərəfindən həyata keçirilən "Distant Təlim: Paytaxtdan Regionlara" layihəsi zamanı "Smart Class" layihəsinin imkanlarından istifadə edilərək, təlimdən artıq təhsilə keçidin əsası qoyulub. Həm paytaxtda, həmdə regionlarda olan gənclərə hər iki layihə daxilində tədris olunan dərsləri daha rahat və aydın şəkildə çatdırıb, onlara özlərini inkişaf etdirməyə şərait yaradılacaq".

H.Rəfilinin sözlərinə görə, "Smart Class" layihəsi çərçivəsində hər sinifdə 25 nəfərin iştirakı üçün bütün lazımi şərait yaradılıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq, gənclərin İKT biliklərinə yiyələnməsi üçün yeni layihə icra edilir: "Azərbaycan dövləti bu gün gənclərə yaxsı yaşamaq şansı verməyə calışır. Bu gün gənclərlə bağlı onlarla proqram icra edilir. Onların adları fərqli olsa da, hamısı gənclərə yaxşı yaşamaq üçün şanslar verir. Gənclərin bu şanslardan necə istifadə edə bilməsi isə başqa məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti