...

Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 May 2014 15:01 (UTC +04:00)
Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də keçiriləcək.
Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də, 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da keçiriləcək.

Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 18-də, II və III qruplar üzrə mayın 11-də keçiriləcək.

Qeyd edək ki, iyunun 8-də Bakı, Sumqayıt, Abşeron və Bakı, Sumqayıt şəhərləri, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala və Balakən rayonlarının rus bölməsinin orta məktəb məzunları, iyunun 13-də Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd, iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Göyçay, Tərtər, Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan və şimal rayonlarının, iyunun 24-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Zaqatala, Mingəçevir məzunları üçun buraxılış imtahanı keçirilcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti