...

Azay Quliyev “The Guardian” qəzetinə müsahibəsində Azərbaycandakı vətəndaş cəmiyyətinin vəziyyətini dəyərləndirib

Cəmiyyət Materials 16 Avqust 2014 23:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev dünyanın aparıcı media orqanlarından olan Böyük Britaniyanın "The Guardian" (http://www.theguardian.com/world/2014/aug/15/azerbaijan-detains-human-rights-activists-fresh-crackdown) qəzetinə müsahibə verib.

Trend-in məlumatına görə, Azay Quliyev açıqlamasında ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf istiqamətlərindən, həmçinin şəffaflığın təmin edilməsi məqsədi ilə QHT qanunvericiliynə edilən son əlavə və dəyişikliklərin mahiyyətindən bəhs edib.

Qəzet Şura sədri Azay Quliyevə istinadən qeyd edir ki, "Azərbaycanda sistem ədalətli və şəffafdır".

Deputat bildirib ki, İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunusun bank hesabları onların rəhbərlik etdiyi təşkilatların fəaliyyətindəki pozuntularla əlaqədar qabaqlayıcı tədbir olaraq bağlanıb.

Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanunların bu il sərtləşdirildiyini iddia edən qəzetə açıqlamasında Şura sədri Azay Quliyev QHT-lərlə bağlı qanunlara edilən düzəlişlərin vətəndaş cəmiyyəti sektorunda "şəffaflığın təmin olunması və peşəkar fəaliyyətin inkişafına" yönəldiyini bildirib.

Azay Quliyev qəzetə müsahibəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı isə deyib ki, Azərbaycan bu turnirin ruh yüksəkliyi, təhlükəsiz və peşəkarlıqla keçirilməsinə nail olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti