Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxvbir İlkin İzzət/
Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə qrupu hadisə yerinə göndərilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov bildirib.
Baş prokuror ümid edir ki, hadisəsnin tam obyektiv istinqatı təmin olunacaq: "Belə bir hadisənin baş verməsinə çox təəssüf edirik. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən şəxs tutulub".
Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboyda evə silahlı hücum nəticəsində 7 nəfər öldürülüb, iki nəfər isə ağır yaralanıb. Qətli törətməkdə şübhəli bilinən kürəkən saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur.