...

Bakı Beynəlxalq Humanitar Forumunun sədası

Cəmiyyət Materials 10 Oktyabr 2014 19:06 (UTC +04:00)
IV Bakı Beynəlxalq Humanitar Forumu Qırğızıstan ictimaiyyəti arasında böyük əks-səda doğurub.
Bakı Beynəlxalq Humanitar Forumunun sədası

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

"Kabar" Qırğız Milli İnformasiya Agentliyinin direktor müavini Tınçtıkbek Karımşakov Qırğızıstanın kütləvi informasiya vasitələrində IV Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti haqqında öz fikirləri ilə bölüşərək bildirib ki, bu forum xalqlar arasında dialoqun möhkəmlənməsi və inkişafı üçün yeni ideyalar, fikir mübadiləsi və qarşılıqlı etimadın yaranmasına meydan açır. Bu barədə Trend-ə Azərbaycanın Qırğızıstandakı səfirliyindən məlumat verilib.

O, IV Bakı Beynəlxalq Humanitar Forumunun dünya birliyini dialoq vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmaya çağırdığını vurğulayaraq, düşüncə mübadiləsi, nəzəri, praktiki konstruktiv fikirlərin bölüşməsinə platforma yaratdığını bildirib və ildən ilə Bakı Forumunun dünyada humanizm ideyaları ətrafında tərəfdaşların artmasını qeyd edib.

T.Karımşakov Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı dərin məzmunlu çıxışını xüsusi qeyd edib və forumun yüksək səviyyədə keçdiyini, 62 ölkədən 426 nümayəndənin, BMT-nin, YUNESKO-nun, İSESKO-nun nümayəndələrinin, 14 Nobel mükafatçısının, 4 eks-prezidentin, bir sıra keçmiş hökumət başçılarının, görkəmli alimlərin iştirak etdiyini bildirib.

Həmçinin, o, Forum çərçivəsində iqtisadi inkişafın humanitar model aspekti, gələcək texnologiyaların uyğunlaşması, müasir kütləvi informasiya vasitələrinin və yeni çağırışların, ənənəvi dəyərlərin postmodern mədəniyyətinin sistemi, XXI əsrdə qloballaşma prosesinə yeni metodoloji yanaşmaların, texnologiyaların, müasir tibbə və bioloji molekullara dəyişən baxışlar, mültikulturalizm və mədəni özünüdərk mövzuları istiqamətində "dəyirmi masa"ların təşkil olduğunu bildirib.

Qeyd edilib ki, IV Bakı Beynəlxalq Humanitar Forumunda Qırğızıstandan 7 nəfərdən ibarət yüksəksəviyyəli nümayəndə heyyəti iştirak edib.

Qırğızıstan Joqorku Keneşin (parlament) deputatı Kanıbek İmanaliyev, Qırğız Xalqı Assambleyasının rəhbəri, Qırğızıstan Milli Akademiyasının akademiki Bektemir Murzubraimov, "Kabar" Qırğızstan Milli İnformasiya Agentliyinin direktor müavini T.Karımşakov və bir neçə professor Bakı Beynəlxalq Humanitar Forumunda iştirak ediblər.

IV Bakı Beynəlxalq Humanitar Forumu Qırğızıstan ictimaiyyəti arasında böyük əks-səda doğurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti