...

Bakıda Ziya Bünyadov prospektindəki yol ötürücüsünün təmirə bağlanma səbəbi

Cəmiyyət Materials 16 Yanvar 2015 11:06 (UTC +04:00)
Yanvarın 15-dən etibarən paytaxtın Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişdiyi yerdəki yol ötürücüsünün 20 Yanvar dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb.
Bakıda Ziya Bünyadov prospektindəki yol ötürücüsünün təmirə bağlanma səbəbi

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Yanvarın 15-dən etibarən paytaxtın Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişdiyi yerdəki yol ötürücüsünün 20 Yanvar dairəsinə gedən istiqamətdəki hissəsi bağlanıb. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, yolun bağlanmasına səbəb yol ötürücüsünün giriş-çıxışındakı temperatur tikişlərinin deformasiyaya məruz qalmasıdır. Hazırda həmin yol ötürücüsündə temperatur tikişləri yenilənir: "Adətən temperaturun təsirindən yay vaxtı aşırım qurğusu uzanır, qış vaxtı isə qısalır. Deformasiya tikişi isə yol ötürücüsünün aşırım qurğusunun temperaturun təsirindən uzanıb-qısalmasını, sərbəst deformasiyasını təmin edir".

Onun sözlərinə görə, 3-4 gün ərzində 20 Yanvar dairəsi istiqamətindəki yol açılacaq, daha sonra isə əks istiqamətdəki yol istifadəyə veriləcək. Buna baxmayaraq, hazırda köməkçi yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

"Azəryolservis" sözçüsü əlavə edib ki, bəzi KİV-də bu yol ötürücüsünün guya Z.Bünyadov prospektinin yenidən qurulması zamanı istismara verildiyinə dair məlumat yer alır. Əslində bu yol ötürücüsü 2006-cı ildə istismara verilib və onun Z.Bünyadov prospektinin yenidən qurulması ilə heç bir əlaqəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti