...

Bakıda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılır

Cəmiyyət Materials 14 Fevral 2015 10:48 (UTC +04:00)
Bu gün saat 11:30-dan başlayaraq Məmməd Araz küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bakıda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İlkin İzzət/

Bu gün saat 11:30-dan başlayaraq Məmməd Araz küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb həmin küçədə üfüqi nişanlanma (xətlənmə) işlərinin aparılmasıdır.

İşlərin bu gün saat 15:00 -16:00 radələrində başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti