...

Bakının Süleyman Rüstəm küçəsinə yeni asfalt örtüyü döşənəcək

Cəmiyyət Materials 10 Mart 2015 12:25 (UTC +04:00)
Paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir.
Bakının Süleyman Rüstəm küçəsinə yeni asfalt örtüyü döşənəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, uzunluğu 220 m, hərəkət hissəsinin eni 15 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb: "Hazırda beton səki daşları mərmər səki daşları ilə əvəzlənir. Yaxın günlərdə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti