Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İlkin İzzət/
Bakının Şəmsi Bədəlbəyli küçəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayonunda Şəmsi Bədəlbəyli küçəsində təmir işləri davam etdirilir.
Bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Axşam saatlarınadək Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşacaq. Yaxın 2 gün ərzində küçədə nəqliyyatın hərəkəti təmin olunacaq.