...

Tacikistan Azərbaycandakı dini tolerantlığı yüksək dəyərləndirir

Cəmiyyət Materials 17 Aprel 2015 18:31 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Tacikistan nümayəndə heyəti ilə görüş olub.
Tacikistan Azərbaycandakı dini tolerantlığı yüksək dəyərləndirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının Tacikistan hökuməti yanında Dini İşlər, Milli Ənənələrin, Şənliklərin və Mərasimlərin Tənzimlənməsi üzrə Komitənin sədri Suleyman Davlatovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə dini adət-ənənələr, bu sahədə əməkdaşlıq, ali məktəblərdə İslam teologiyasının tədrisi, cəmiyyətdə dinlə bağlı müasir problemlər, radikal dini cərəyanlara qarşı mübarizənin qanunvericilik və normativ-hüquqi əsasları müzakirə edilib. Hər iki ölkədə dini ekstremist cərəyanların yaranması ehtimalı və bu kimi neqativ halların qarşısının alınması istiqamətində fikir mübadiləsi aparılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı bildirib ki, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayır.

S.Davlatov Azərbaycandakı dini tolerantlığı yüksək dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti