...

Gəncə yazarlarının yaradıcılığında Heydər Əliyev mövzusu

Cəmiyyət Materials 2 May 2015 17:38 (UTC +04:00)
Gəncə şəhərində "Gəncə yazarlarının yaradıcılığında Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Gəncə yazarlarının yaradıcılığında Heydər Əliyev mövzusu

Azərbaycan, Bakı, 2 may /Trend/

Gəncə şəhərində "Gəncə yazarlarının yaradıcılığında Heydər Əliyev" mövzusunda tədbir keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, AYB-nin Gəncə bölməsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr olunan "Gəncə yazarlarının yaradıcılığında Heydər Əliyev" mövzusunda tədbir keçirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri, ölkəmizə qazandırdığı nailiyyətlər haqqında geniş məlumat verib. Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin yaradıcılığını əks etdirən xatirələrindən danışıblar, ona həsr etdikləri şeirlər söyləyiblər.

X.Hüseynova qeyd edib ki, Heydər Əliyevin özünə, şəxsiyyətinə, onun liderliyinə yazarların hörmət və məhəbbəti çox yüksəkdir.

Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil Azərbaycan dövlətinin inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti