...

"Dilmanc" layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır

Cəmiyyət Materials 14 May 2015 04:14 (UTC +04:00)
“Dilmanc” layihəsi riyaziyyat sahəsində elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir.
"Dilmanc" layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır

Azərbaycan, Bakı, 14 may /Trend/

"Dilmanc" layihəsi riyaziyyat sahəsində elmi tədqiqatçıları və proqramçıları işə dəvət edir.

Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir ki, layihə qrupundan verilən məlumata görə, adıçəkilən mütəxəssislər intellektual axtarış alqoritmləri, şifahi sorğuların avtomatik cavablandırılması, qurğuların səslə idarə edilməsi, nitqin nitqə avtomatik tərcüməsi və digər sistemlərin yaradılması və inkişaf etdirilməsində iştirak edəcək.

Layihənin elmi tədqiqat qrupu proqramçılarla sıx əlaqədə işləyir. Elmi yeniliklərin praktik məhsula çevrilməsi üçün paylanmış hesablama sistemləri (Hadoop və MapReduce), çoxnüvəli qrafik prosessorlar və digər müasir proqramlaşdırma üsullarından istifadə olunur.

Xəbər lenti

Xəbər lenti