...

"Balaxanı yolu" təmir olunur (FOTO+VİDEO)

Cəmiyyət Materials 23 İyun 2015 15:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə “Balaxanı yolu”nda orta təmir işləri aparılır.
"Balaxanı yolu" təmir olunur (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə "Balaxanı yolu"nda orta təmir işləri aparılır.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir işləri zamanı mövcud olan yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.

Sözügedən yolun orta təmir işləri təqribən 6 kilometrlik ərazidə aparılır. Ümumilikdə 45 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. "Balaxanı yolu"nda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında aparılır. Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Yaranan müvəqqəti narahatlığa görə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti