...

Bakının yollarında yağış-kanalizasiya quyuları təmizlənir (FOTO+VİDEO)

Cəmiyyət Materials 16 Oktyabr 2015 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakı şəhərinin küçə və prospektlərində səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işləri həyata keçirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məluamata görə, işlər çərçivəsində yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içərisi təmizlənir.

Bundan başqa, yağış barmaqlıqları olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, dəyişilməyə ehtiyac olanlar isə yeniləri ilə əvəzlənir. İşlər ASC-nin balansında olan və yağış-kanalizasiya sisteminin olduğu bütün küçə və prospektlərdə aparılır.

"Azəryolservis" tərəfindən bu çərçivədə Ziya Bünyadov, Tbilisi, Azadlıq, Neftçilər, Heydər Əliyev və Nobel prospektlərində, Həsən Əliyev, Səməd Vurğun, Salamzadə, Bakıxanov, Ağa Neymətulla,Təbriz küçələrində, həmçinin Lökbatan dairəsi-Bibihetbət yolu, Binəqədi şosesi və Hava limanı istiqamətində başlanılan işlər artıq yekunlaşmaq üzrədir.

Bu istiqamətdə işlər nəinki paytaxt Bakının küçə və prospektlərində, həmçinin respublikanın bütün avtomobil yollarında həyata keçirilir. Belə ki, körpülər yerləşən ərazidə çayların yataqları, suötürücü boruların giriş-çıxış hissələri və küvetlər təmizlənir.

Qeyd edək ki, işlər 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti