• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Sürücülərə xoş xəbər (VİDEO, FOTO)

26 Noyabr 2015 14:45 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Elmir Murad - Trend:

Uzun illərdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsinin bu dəfə Rüstəm Rüstəmov küçəsi və Babək propektləri arasında yerləşən hissəsində təmir-tikinti işlərinə start verilib.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir.

Sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asflat-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulur. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulur, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılmış olacaq.

Piyadaların da rahatlığını düşünən Cəmiyyət təmir etdiyi küçələrdə səkilərin olmasına xüsusi olaraq diqqət yetirir. Mikayıl Əliyev küçəsində də vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həll ediləcək. Belə ki, təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılır. Səkilərin kənarlarına 3 min paqon metrə yaxın səki daşları düzülür.

Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənəcək. Bunun üçün artıq köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Ümumilikdə, sözügedən əraziyə 2 qat olmaqla 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, "Azəryolservis" ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsinin müəyyən hissəsində genişləndirmə işləri aparılacaq. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazidə görüləcək. Bununla da həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənməklə, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olacaq.

Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində Cəmiyyət tərəfindən yol boyu işıqlandırma sistemi qurulacaq, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Hazırda təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti çətinliyə görə, üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azəryolservis ASC
  • Bakı
  • yol
Azernews Newspaper
Digər xəbərlər
Neftçalanın 19 kəndini əhatə edən yol yenidən qurulur (FOTO/VİDEO)
Cəmiyyət 17 Aprel 09:31
Sürücülərin nəzərinə: Bu yolda diqqətli olun!
Cəmiyyət 22 Mart 14:32
Salyan-Neftçala avtomobil yolu əsaslı şəkildə təmir olunur (FOTO/VİDEO)
Telekommunikasiya 7 Mart 14:38
Ağstafada 5 kəndi birləşdirən yollar əsaslı şəkildə yenidən qurulur (FOTO/VİDEO)
Telekommunikasiya 6 Mart 14:50
Göygöldə Çaylı-Pənahlılar-Dozular avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)
İqtisadiyyat 28 Fevral 09:17
Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur (FOTO/VİDEO)
Cəmiyyət 14 Fevral 10:58
Sabirabadda 39 km-lik yolun yenidən qurulmasına başlanılıb (FOTO/ VİDEO)
Cəmiyyət 8 Yanvar 18:15
Masazır dairəsində sıxlığı azaltmaq üçün yeni yol hissəsi yaradılıb (FOTO/VİDEO)
Biznes və iqtisadiyyat xəbərləri 7 İyul 2017 16:47
Bakı-Sumqayıt yolunda hərəkət çətinləşdi (FOTO)
Cəmiyyət 1 Fevral 2017 09:04
Bu küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılır
Cəmiyyət 12 Dekabr 2016 09:02
Ankarada ağır yol qəzası: 25 yaralı
Dünya xəbərləri 4 Oktyabr 2016 04:41
"5 dəqiqəlik yolu 30-35 dəqiqəyə gedirik" (FOTO/VİDEO)
Cəmiyyət 26 Avqust 2016 17:43
Bakıda qəzada xəsarət alan sərnişinlərdən 5-i reanimasiyadadır
Hadisə 17 İyul 2016 12:51
Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olundu (FOTO/VİDEO)
Biznes və iqtisadiyyat xəbərləri 6 İyul 2016 09:55
Bakı bu ilin ən populyar yay idman şəhərlərinin üçlüyünə daxil olub
Cəmiyyət 30 May 2016 14:46
Bakı rusiyalıların yay səyahəti üçün seçdiyi 5 şəhərdən biridir
Cəmiyyət 19 May 2016 20:11
Ankara Bakı ilə qardaşlaşmaq istəyir
Siyasət 11 May 2016 12:26
Bakı rus turistlərin ən çox ziyarət etdiyi 10 şəhərdən biridir
Cəmiyyət 5 May 2016 15:00
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter