...

Məsuliyyətsizlik yolun dağılmasına səbəb olur (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2015 14:24 (UTC +04:00)
Hazırda problemin aradan qaldırılması üçün çıxış yolları axtarırlar.
Məsuliyyətsizlik yolun dağılmasına səbəb olur (FOTO)

Bakı. Trend:

Ötən il kifayət qədər maliyyə vəsaiti xərclənərək təmir edilmiş Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Baksol küçəsi, 12 ünvanında yolun asfalt-beton örtüyü sıradan çıxır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, səbəb bəzi sakinlərin məsuliyyətsizliyi ucbatından yolun hərəkət hissəsinə yığılan kanalizasiya sularıdır.

Belə ki, bir neçə gün bundan öncə həmin ərazinin yaxınlığından keçən 1 metr diametrli iki yüksək təzyiqli kanalizasiya kollektorlarından birində qəza baş verib. Nəticədə çirkab su axaraq yolun hərəkət hissəsinə dolur. Bu isə yolun asfalt örtüyünün sıradan çıxmasına səbəb olur.

Problemdən aidiyyəti qurumlar məlumatlı olsalar da, qəzanın qarşısını almaqda çətinlik çəkirlər. Çünki sözügedən kanalizasiya kollektorlarının üzərində qanunsuz olaraq yaşayış evləri inşa edilib.

Hazırda problemin aradan qaldırılması üçün çıxış yolları axtarırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti