...

Paytaxtda daha bir küçə əsaslı şəkildə təmir olunur (FOTO, VİDEO)

Cəmiyyət Materials 29 Dekabr 2015 13:20 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün uzun müddətdir ki, təmir olunmadığından yolun hərəkət hissəsi sıradan çıxmış küçələrin "Azəryolservis" ASC tərəfindən təmir olunması işləri texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə davam etdirilir.

Belə ərazilərdən biri də Yasamal rayonu Əhməd Cəmil küçəsidir.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, Əhməd Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən hissəsidir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq, ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə 50-60 santimetr qalınlığında yeni yol əsası tikilib.

Kompleks şəkildə "Azəryolservis" ASC tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

Cəmiyyət tərəfindən təmir-tikinti işləri aparılan yollarda vətəndaşların rahat və maneəsiz şəkildə hərəkəti daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Məhz bu səbəbdən də yollların hərəkət hissəsi ilə bərabər piyada səkiləri də təmir edilir. Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq, asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1300 paqon-metr yeni səki daşı düzülüb.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 2 qat və 10 santimetr qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kvadrat metr sahəsinin asfaltlanması planlaşdırılır.

Yüksək keyfiyyətlə aparılan təmir-tikinti işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. "Azəryolservis" ASC təmir işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti