...

“Azəryolservis” ASC-də qanvermə aksiyası keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 23 Fevral 2016 13:56 (UTC +04:00)

Bakı. Trend:

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə "Qan verməyə bir saat ayrılan vaxt, bir həyata bərabərdir" adı altında qanvermə aksiyası baş tutub.

Bu barədə Trend-ə "Azəryolservis" ASC-dən məlumat verilib.

Qanvermə aksıyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Fedarasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçirilib.

Aksiyada "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədov, Cəmiyyətin Aparatının və Bakı şəhərində yerləşən Yol İstismar İdarələrinin 300-dən artıq əməkdaşı yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qeyd edək ki, hal-hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarıdan asılıdır. Aksiyada iştirak edənlər də qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etdilər.

Müəyyənləşdirilmiş qrafik üzrə "Azəryolsevis" ASC-nin digər şəhər və rayonlarında yerləşən idarələrində də qanvermə aksiyası keçiriləcək. Ümumiyyətlə Cəmiyyət tərəfindən belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti